Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Namiq HACIHEYDƏRLİ. Yeni şeirlər

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

 

 

 

 

 AĞLASAN

 Yurd çiçəyi, dağlar gülü,
 Yetər sənə haqqın əli.
 Ağlama, Türkün gözəli,
 Gözəllik ağlar, ağlasan.

 Göy kişnəyər, Yer ağlayar,
 Araz inlər, Kür ağlayar,
 İçimdəki sirr ağlayar
 Dad deyər dağlar, ağlasan.

 Ruhumu min əzab döyər,
 Namiqi qəm-kədər əyər.
 Düşmən gülər, al don geyər,
 Dost qara bağlar, ağlasan...
                    aprel 2010

YETƏR Kİ...

Xəstə idim, yatağımda,
Nəfəsin dirçəltdi məni.
Qüvvət verdi dizlərimə,
Yerimdən dikəltdi məni.

Hər şeirin, hər sətirin,
Ruhuma bir can əvəzi.
Sözünü sürtdüm üzümə,
gözümə dərman əvəzi.

Saf Eşq adlı bir dinim var, –
Mənə gələn dindən gəlsin.
Nuş edərəm kədəri də,
Yetər ki, qəm səndən gəlsin.
                               aprel 2010

EŞQ OLDU...

Hər sözün şirəsindən
Bal çəkən arı mənəm.
Könül  eşqin qibləsi    
Qibləyə sarı mənəm.

Doğu Odur, Batı O,
Ruhumuzun zatı O.
Cismimin Ruh qatı O,
Yarı O, yarı mənəm.

Zərrə, küllə qovuşdu-
Bu, ikinci doğuşdu.
İki sevgi yovuşdu,
Eşq oldu,
barı mənəm...
                  aprel 2010


GƏLƏCƏM...

Hər şey, hər şey yol gedir,
Yenə  səhv, yenə doğru...
Ağac, çiçək boy atır,
Yüksəlir Günə doğru.

Hər yerə yol bol gedir,
Ayrılır min qol gedir.
Din Allaha yol gedir,
Möminlər dinə doğru...

Bir Yeri var, bir Göyü,
Yeri bağlı, sirr Göyü...
...Bir gün atıb hər şeyi
Gələcəm Sənə doğru.
                    aprel 2010

DOĞRU

Gec-tez  bular haqq yolunu
Kimin ki, mayası doğru.
Nadanın həyatı yalan,
Aqilin röyası doğru.

Haram ilə kisə dolmaz,
Əyri gedən sonu bulmaz.
Min böhtan at, biri qalmaz,
Hər kəsin həyası doğru.

Eşqi olan, olmaz ası,
Eşq ürəkdən silər pası.
Doğru olar o dünyası,
Kimin bu dünyası doğru...
aprel 2010

EY TÜRK DOĞULAN...

Aradım düzdə, dağda, 
suda, göydə torpaqda.
Səni gəzdim uzaqda,
Sən, demə təndəsənmiş.

Səni canda bəslədim,
Çiçək kimi süslədim.
Eşqə, dinə səslədim,
əzəldən dindəsənmiş.

Haqq aranmaz cib ilən,
etibarsız ip ilən...
...Qəlbə Haqdan səpilən,
Toxumda, dəndəsənmiş.

Eşqin vulkana dönər,
Nəfsin, tamahın sönər.
Ağac, çiçək, su dinər:
“Müqəddəs kündəsənmiş”!

Doymaz sən tək gözəldən,
Min il qoymaram əldən.
Səndəymişəm əzəldən,
Doğandan məndəsənmiş..!

Yerin, Tanrı qatında
Bir ləkə yox zatında.
Boz qurdla, yel atında,
Hər zaman öndəsənmiş.

Ulu dünyaya şansan,
ədalətə həyansan.
Ey Türk doğulan insan,
Nə mutlu bəndəsənmiş!

       Qaraçala, 01 may 2010

BİZİ

Doğulan günümüzdən,
Kədər, qəm izlər bizi.
Çox yorulub, yetirməz,
Yola, bu dizlər bizi.

Ruh çırpınar can içrə
Can büsbütün qan içrə...
...Hər kəs həyəcan içrə -
Görən, nə gözlər bizi?! 

Heç yol deyil bu, bəlkə,
Günahları yu, bəlkə...
...Təmiz etməz su, bəlkə,
Torpaq təmizlər bizi.
may 2010

 



Yorumunuz comment Şərhlərə görə (10 göndərilib)

  • Yerləşdirilib Nazilə Gültac, 08 İyun, 2010 12:37:11
    Qardaşım Namiq bəy. Şeirlərini oxudum.Mənalı misralarınız var. hiss olunur ki,danışan ürəkdir bu şeirlərdə. sənə uğurlar arzu edirəm
  • Yerləşdirilib Hayat Şemi, 18 May, 2010 06:06:12
    Namiq Bey, tebrik edirem. Şeirlerini birnəfəsə oxudum. Bir bardaq su kimi başıma çəkdim, yerinə düşdü. Başarılarının davamını arzulayıram.
  • Yerləşdirilib Akem Xaqan, 16 May, 2010 11:37:14
    Eshq olsun sene qardash. Nefesine, ruhuna, omrune bereket. Qocaligin yaxinda oldugunu boynuna almaq istemirsen. Esil shair ruhudur. Konul oxshar tebin var. Ugur olsun....
  • Yerləşdirilib Şahin Müsafir, 14 May, 2010 01:17:13
    Namiq bəy, şeirləriniz çox gözəldi... inanki oxuduqca coşdum... yenə şeirdən məst oldum...
  • Yerləşdirilib Namiq HACIHEYDERLI, 12 May, 2010 11:31:04
    Zaman ayirib sheirlerimi oxudugunuza ve sherh yazdiginiza gore her birinize minnetdaram, deyerli arxadashlar! haciheyderli@box.az

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az